Gədəbəydə polislər ağac əkdi – Foto

264

Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə rayon ərazisində ağacəkmə aksiyası keçirilib.

Sosialmedia.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, polis əməkdaşları iqlim şəraitinə daha uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı, 200-dən çox şam ağacları əkiblər.

Əkilən ağacların suvarılması həyata keçirilib, onlara aqrotexniki qaydada qulluq göstərilib, ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb.