Çempionlar Liqasının finalı İstanbulda keçirilməyəcək

413

UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün final oyunu İstanbul şəhərində keçirilməyəcək.

Sosialmedia.az bildirir ki, Bu barədə məlumatı məşhur idman jurnalisti Nikola Skira özünün “Twitter” səhifəsində yazıb.

O qeyd edib ki, turnirin həlledici görüşü Londonda və ya Lissabonda keçirilə bilər.

Səbəb kimi Böyük Britaniya hökumətinin Türkiyəni koronovirusla əlaqədar “qırmızı siyahı”ya salmasıdır.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının final oyununda iki ingilis klubu – “Çelsi” və “Mançester Siti” üz-üzə gələcək.