Düşmənçilik, yoxsa bəhanə: Altay Göyüşov niyə Azərbaycana qarşıdır?

5643

44 günlük Vətən müharibəsi bizə böyük qələbə gətirməklə yanaşı, həm də içimizdəki düşmənləri də üzə çıxardı. Müharibə dövründə sapı özümüzdən olan baltaların sosil şəbəkələri “bəzəyən” ermənipərəst paylaşımları “göz qamaşdırırdı”.

Xaricdəki havadarlarına xoş gəlsin deyə onların tapşırıqlarını canla-başla yerinə yetirən, bu prosesi icra edərkən vətən, millət, dövlət anlayışını asanlıqla kənar qoyan kospopolit düşüncə daşıyıcıları onlara qarşı çıxanları təhqir etməkdən də çəkinmirdilər.

Vətən müharibəsi dövründə Azərbaycana qarşı fəaliyyət göstərən kosmopolitlər, “müharibə istəmirik”, “bu da Rusiyanın oyunudur” kimi tezisləri ictimai şüura yeritməyə ciddi cəhdlə səy göstərirdilər. Tarixçi-alim Altay Göyüşov da müharibə dövründə Azərbaycanın uğuruna sevinməyən sosial şəbəkə aktivisti idi.

“Atəşkəs razılığı əldə olundu. İnsanlar həlak olmayacaqsa, buna ancaq sevinmək lazımdır”.

Bu, Altay Göyüşovun 2020-ci il 10 oktyabrda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskvada məşhur “10 saatlı görüş”ündən sonra əldə olunan ilkin atəşkəs razılaşmasında dərhal sonra öz rəsmi hesabında yazdığı şərhdir.

Doğrudur, müharibə itkisiz mümkün deyil, amma Azərbaycan Vətən, Azadlıq müharibəsi aparırdı və bu yolda minlərlə şəhid verdi. O şəhidlərin qanı hesabına bu gün Azərbaycan Qarabağı özünə qaytardı, Şuşanı işğaldan azad etdi,

Ermənistanı təslimçilik aktına imza atmağa məcbur qoydu.

Altay Göyüşovun sosial şəbəkə hesabına nəzər yetirsək, müharibə dövründə azad olunan heç bir rayona, kəndə sevindiyini görmək mümkün deyil. Müharibə ilə bağlı ya xarici KİV-lərin, ya da Qərb dövlət başçılarının fikir və bəyanatlarını yayıb. Onun bu münasibəti isə ictimaiyyət tərəfindən birmənalı şəkildə qınandı.

Müharibənin nəticəsi bütün hallarda Azərbaycan üçün qələbədir. Bu, Azərbaycanda fəaliyyət göstərən bütün müxalif cameə tərəfindən də qəbul olunur. Hətta radikal kəsim belə bu qələbəni qəbul edir. Altay Göyüşov və onun kosmopolit düşüncə sahibi komandası üçün isə məsələlər tamamilə fərqlidir.

Altay Göyüşovun Rusiyaya qarşı düşmənçiliyini ictimai-siyasi sektorda bilməyən yoxdur. Bu, təbii ki, onun öz düşüncəsidir və hansı dövlətlə bağlı nə düşüncəyi, necə münasibət göstərəcəyi onun öz dünya görüşündən asılıdır. Amma burada da bir porodoksal vəziyyət yaranır.

Çünki Rusiya düşmənçiyinə istinad edərək Azərbaycana qarşı çıxmaq birbaşa olmasa da, dolayısı yolla Ermənistana dəstək anlamına gəlir. Ermənistan isə Rusiya ilə hər zaman hərbi-strateji tərəfdaş olub və bu, hər zaman rəsmi qaydada etiraf olunub.

Rusiya düşmənçiliyinə istinad olunursa, Altay Göyüşov niyə Azərbaycana qarşı çıxaraq işğalçı Ermənistana dolayı yolla dəstək verir? Bu məqamda isə porodoksal vəziyyət yaranır. Tarixçi-alim Göyüşovun bunu bilməyərək etməsi isə heç də inandıcırı görünmür.

Altay Göyüşovun Rusiya düşmənçiliyinin digər səbəbi də onun Qərb dairələrinə yaxınlığı ilə bağlıdır. “Qonşuluqda iki hərbi güc formalaşıb: Rusiya və Türkiyə. Bu, Avropa üçün təhdid kimi qiymətləndirilir. Avropanın hərbi gücünü Britaniya və Fransa formalaşdırırdı, həmçinin Amerikanın qeydsiz-şərtsiz dəstəyi var idi”. Bu fikirlər Altay Göyüşova aiddir. Bu fikirlərin özü də göstərir ki, Altay Göyüşovun Rusiya düşmənçiliyin arxasında həm də Qərb marağı dayanır.

Digər tərəfdən Altay Göyüşov Azərbaycanın Vətən müharibəsində qələbəsini rəsmiləşdirən 10 noyabr bəyanatına da qarşı çıxır. Bu bəyanatın Rusiya maraqlarına xidmət etdiyini, məqsədin isə yalnız Rusiya sülhməramlılarının bölgəyə gəlməsi olduğunu deyən Altay Göyüşov əslində Fransanın mövqeyini dəstəkləmiş olur.

Bəllidir ki, Fransa və onun timsalında bir sıra Qərb dairələri Azərbaycanın qələbəsinə kölgə salmaq, Ermənistanı müdafiə etmək yolu tutub. Altay Göyüşov isə Rusiya düşmənçiliyi adı altında Qərb maraqlarına xidmət edərək dolayısı ilə ermənipərəst mövqe tutur.

Altay Göyüşov post müharibə dövründə də Azərbaycan düşmənçiyiliyini davam etdirdi. Azərbaycan Vətən müharibəsindəki böyük qələbəsinin göstəricisi olaraq paytaxt Bakıda Hərbi Qənimətlər Parkını istifadəyə verdi.

Parkda müharibə dövründə Ermənistan ordusundan götürülmüş hərbi qənimətlər nümayiş olunur. Qeyd edək ki, dünyanın bir çox ölkələrində belə park mövcuddur. Amma kosmopolitlər Azərbaycanda yaradılan Hərbi Qənimətlər Parkına da qarşı çıxdılar və bunu “vəhşilik” adlandırdılar.

Amma müharibə dövründə Ermənistan Azərbaycanın böyük şəhərlərində, Gəncədə, Bərdədə, Mingəçevirdə mülki əhalini smerç raketləri ilə atəşə tutanda susurdular. Hərbi Qənimətlər Parkına etiraz edənlər isə birmənalı olaraq ermənipərəst Qərb siyasətçiləri, və onların Azərbaycandakı komandası oldu.

Altay Göyüşovun Qərb institutları ilə yaxın münasibətləri isə heç kimə sirr deyil. Onun aldığı qrant layihələrinə nəzər saldıqda, bunu açıq şəkildə görmək mümkündür. Məsələn, Altay Göyüşov 2001—2004-cü illərdə “Volkswagen fond”unda qrant alaraq “SSRİ və MDB-də İslam təhsili” adlı beynəlxalq tədqiqat layihəsi həyata keçirib. 2003-cü ildə isə ABŞ Dövlət Departamentinin Beynəlxalq Qonaq Proqramı layihəsin icra edib.

2007-2008-ci illərdə ABŞ Dövlət Departamentinin növbəti qrant layihəsi olan “Fulbright Proqramı”nı həyata keçirib. 2007-2009-cu illərdə isə Avrasiya Fondunun Demokratik Azərbaycanda İslam proqramını həyata keçirmək üçün qrant alıb.

Avropadan milyonlarla qrant alan Altay Göyüşov, bu fondların tapşırıqlarını icra etmək, onların dediyini demək kimi öhtəlikləri mövcuddur. Təsədüfi deyil ki, Hərbi Qənimətlər Parkında erməni əsgərlərinin dəbilqələri asılmış divarın olmasını tənqid edənlər arasında tarixçi alim Altay Göyüşov da var idi. Maraqlısı isə odur ki, Altay Göyüşov hər zaman “demokratik dəyərlərini” ictimaiyyətə sırımağa çalışdığı bir sıra Avropa ölkəsində bu cür parklar mövcuddur.

Amma Altay Göyüşov heç vaxt həmin ölkələrlə bağlı belə bir məqama toxunmayıb. Amma işğalçı Ermənistan silahlılarından götürülən hərbi qənimətlər tarixçi-alim Altay Göyüşovu niyəsə bərk narahat etdi.