Milli Məclisin sədr müavini Sənan Nəcəfovu təltif edib

279

Vətən müharibəsi dövründə sosial şəbəkə və mediada aktivlik göstərən bir qrup mütəxəssis təltif edilib.

Sosialmedia.az xəbər verir ki, Milli Məclisin sədr müavini Adil Əliyev bu gün Vətən müharibəsi dövründə sosial şəbəkə və mediada aktivlik göstərən bir qrup mütəxəssisi qəbul edib, onlara xoş sözlər deyib.

Adil Əliyev Cənab Prezidentin yürütdüyü siyasət, Dövlətimizin gördüyü işlər haqda danışıb.

Görüşdə qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov da təltif edilib. Sənan Nəcəfov çıxış edərək böyük Norveç yazıçısı Knut Hamsunun Nobel nitqindən misal çəkib. “K. Hamsun çıxışında deyirdi ki, “Tanrının bu gününə şükür ki, sizlərin qarşısında çıxış etmək mənə qismət oldu”. Adam öz əməyinə görə Nobel aldığını deyil, qarşı tərəfin diqqətini çəkdiyi üçün minnətdarlıq edir.
Bizim də bura yığışmağımızın, dəvət olunmağımızın bir səbəbi var – o da Azərbaycanın qələbəsi, bir müəllifi var – o da Ali Baş Komandan və onun igid əsgərləri. Həmin sözü təkrarlayaraq deyirəm ki, Tanrının bu gününə şükür ki, biz belə gözəl məqsəd üçün buradayıq”.