Şəhidimiz İkinci Fəxri xiyabanda dəfn olunacaq

342

İtkin düşdükdən doqquz ay sonra nəşi tapılan Vətən müharibəsi şəhidi Təbriz İbrahimovun dəfn olunacağı yer müəyyənləşib.

Sosialmedia.az Report-a istinadən xəbər verir ki, o, bu gün İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Şəhidlə Bakıda vida mərasiminin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, T.İbrahimov 1992-ci il oktyabrın 8-də Salyan rayonunun Çadırlı kəndində anadan olub.

O, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğurunda gedən döyüşlərə qatılıb.

T.İbrahimov sonuncu dəfə ötən ilin sentyabrın 28-də ailəsi ilə əlaqə saxlayıb. O, Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə itkin düşüb.

Allah rəhmət eləsin!