Polad Həşimovun şəxsi əşyaları muzeyə verildi

363

Şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.

 

Muzeydən SosialMedia.az- a verilən məlumata görə, əşyalar Polad Həşimovun həyat yoldaşı və oğlu tərəfindən muzeyə təqdim edilib.

 

Bunlar şəhidin istifadə etdiyi hərbi geyim – səhra geyim formasından ibarətdir. Formanın üzərində general-mayor Polad Həşimovun adı və soyadı həkk olunub.

Qeyd edək ki, P.Həşimovun şəxsi əşyaları muzeydə yeni yaradılan “Anadır arzulara hər zaman, Qarabağ” adlı sərgidə nümayiş olunacaq.