MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva vətənpərvərlik mövzulu sənədli filmlərin müəllifləri ilə görüşüb

287

Sosialmedia.az bildirir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış telejurnalist Etibar Məmmədov və onun həyat yoldaşı, jurnalist Büllur Məmmədova ilə Mədəniyyət Komitəsində görüşüb.

Komitə sədri jurnalistlərin hərbi-vətənpərvərlik mövzulu sənədli filmlərin hazırlanması sahəsində özünəməxsus təcrübəyə malik olmasını məmnunluqla vurğulayıb: “Sizin şəhid ailələri və qazilərlə, mədəniyyət işçiləri və incəsənət xadimləri ilə əməkdaşlığınız yeni filmlərin meydana çıxmasına vəsilə olur.
Bizim sizinlə əməkdaşlığımızın nəticəsi olaraq hazırlanmış filmlər, o cümlədən Milli Qəhrəmanlar Naiq Yusifov, Qasım Rzayev və Samir Xasıyev haqqında sənədli filmlər tamaşaçılar, o cümlədən qəhrəmanların ailələri tərəfindən rəğbətlə qarşılanıb.
Vətən Müharibəsi dövründə, ondan sonrakı dönəmdə apardığınız təbliğat, təşviqat işinə görə də sizə təşəkkür edir, uğurlar arzulayıram”!
Q.Paşayeva jurnalistlərə Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.Etibar Məmmədovla Büllur Məmmədova səmimi görüş və fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib