Çelyabinsk məscidinin imamı Ağdamdakı erməni vəhşiliyini ifşa etdiyi üçün məhkəməyə verildi

515

Rusiyanın Çelyabinsk məscidinin imamı Rinat Yaminyev Ağdamda ermənilər tərəfindən tövləyə çevrilən məscidin görüntülərini paylaşdığı üçün məhkəməyə verilib.

Sosialmedia.az bildirir ki, Bu barədə TRT məlumat yayıb.

Yaminyev milli və dini zəmində nifrətin alovlandırılmasında ittiham olunur.

Onun sosial şəbəkə hesabında etdiyi paylaşımda həmçinin erməni işğalı illərində məscidlərin dağıdılmasından da bəhs olunub.

Qeyd olunur ki, hazırda Azərbaycan səfirliyi işin baxılacağı məhkəmədə öz nümayəndəsinin iştirakına nail olmağa çalışır.