Koronavirusa qarşı vurulan peyvəndlər vaxtaşırı yenilənəcək – EKSPERT

246

COVID-19 qarşı vurulan vaksin zaman keçdikcə yenilənəcək və insanlara hər il yeni peyvənd vurula bilər.

Sosialmedia.az xəbər verir ki, bu barədə​”Rospotrebnadzor” Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun elmi qrupun rəhbəri Kamil Hafizov deyib.

“Çox güman ki, koronavirusa qarşı peyvəndlər vaxtaşırı yenilənəcək . Düşünürəm ki, payıza qədər mövcud peyvəndlərin koronavirusun yeni ştamlarına qarşı effektivliyinə dair yeni məlumat toplayacağıq”, – deyə elmi qrupun rəhbəri vurğulayıb.

K.Hafizov həmçinin əlavə edib ki, sağlamlıq durumu ilə əlaqədar əks göstərişi olan şəxslərdən başqa digər insanların peyvənd olunmaqdan yayınmaq heç bir ciddi səbəbi olmamalıdır.