Ekspert türk PUA-larından danışdı: Avropa utanmalıdır

307

Türkiyənin PUA sahəsində gördüyü işlər Avropa üçün utancvericidir.

Sosialmedia.az xəbər verir ki, bunu almaniyalı hərbi ekspert Ulrike Franke deyib.

“Türkiyə həqiqətən də PUA ixrac edən ölkəyə çevrilib. Yaxın zaman ərzində Türkiyə Ukrayna, Qətər, Tunis və Azərbaycana PUA-lar satdı. Ankaranın xüsusilə PUA-larının sayının digər dövlətlərə nisbətdə gözəçarpan dərəcədə yüksək olması və bu PUA-ları fərqli formada istifadə etməsi, məncə, çox əhəmiyyətlidir”.