Bakıda 17 yaşlı qızı avtomobil vurdu

275

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sosialmedia.az- in məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Yolu keçən 2004-cü il təvəllüdlü Ağadadaşova Türkan Əjdər qızını avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.