Qanunlara riayət edin ki,həyatda rahat yaşayasınız

248

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya namizəd Mətanət Əsgər qızı barədə qısa məlumat paylaşılıb.

Əsgər qızı Cəfərova şəhid, əsgər ailələrinin, müharibə veteranlarının,əlillərin və digər vətəndaşların problemlərinin həllində hər zaman öndə olub.

Azərbaycan ordusunun qurulmasında böyük xidmətləri olub.

Həyatının 33 ilini dövlət televiziyası olan AzTV-də fəaliyyət göstərən Mətanət Əsgərqızı 23 il Hərbi -vətənpərvərlik redaksiyasında çalışıb. Qadın, hərbi və səngər, bu yolu yalnız vətninə , dövlətinə bağlı olan insanlar keçə bilər.

Tarixi və müharibə mövzusunda Difai, Sözdə erməni soyqırımı, Cümhuriyyət, Bakıya doğru, Sınan arzular və s. filmlərin müəllifidi.

Hər il icra erdiyi QHT layihələri yüksək qiymətləndirilib.
Bu günlərdə Mətanət Əsgər qızı Cəfərova AZƏRSU ASC yanında İctimai Şuraya keçirilən seçkilərdə səslərin əlli faizini toplayaraq birinci oldu.

Əziz dostlar, Mətanət Əsgər qızı Cəfərova Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya namizədliyini irəli sürüb. 03 iyun 2021-ci il keçiriləcək seçkidə dəstəkləməyinizi xahiş edirik.