Azərbaycanda dəhşətli hadisə: Ana iki uşağı ilə yanaraq öldü

270

Sabirabad rayonunda ana və iki övladı evdə yanaraq ölüb.

Sosialmedia.az Oxu.Az-a istinadən məlumatına görə, hadisə rayonun Zəngənə kəndində baş verib.

Fərdi yaşayış evində baş verən yanğın zamanı 1994-cü il təvəllüdlü Şəbnəm Nağıyeva – oğlanları 2009-cu il təvəllüdlü Xəyal Nağıyev və 2010-cu il təvəllüdlü Ceyhun Nağıyev yanaraq ölüblər.

Faktla bağlı araşdırma aparılır.