Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin – Bəyanatı

467

Sosialmedia.az xəbər verir ki, Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi Kəlbəcərə ezam olunmuş KİV nümayəndələrinin və digər mülki şəxslərin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində həlak olması ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir :

04.06.2021-ci il tarixində İşğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAC-ın) müxbiri Məhərrəm İbrahimovun və onları müşayiət edən yerli icma nümayəndəsi Arif Əliyevin minaya düşərək həlak olmuş və digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. İctimai Birlik adından həlak olanların ailələrinə başsağlığı verir, Allahdan onların əzizlərinə və doğmalarına səbr diləyirik.

Çox təəssüf hissi ilə bildirir ki, bu hadisə erməni vandallığının növbəti görüntüsüdür.

Ermənistanın Azərbaycan torpaqlarını qanunsuz şəkildə işğalı dövründə, habelə bu torpaqlardan çıxmağa məcbur edilən zaman həmin ərazilərdə məqsədli şəkildə minaların yerləşdirilməsi, etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlının öz torpaqlarına qayıtmasına və bu insanların fundamental hüquqlarının həyata keçirilməsinə maneə olmaq Ermənistanın niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın bu davranışı regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqda davam edir.

Beynəlxalq ictimaət isə buna göz yumur, Azərbaycana (erməni terrorcularına əsir adı qoyaraq) əsirlərin geri qaytarılmasını tələb edir. Lakin bizə minalanmış sahələrin xəritəsini verməyən ermənistana qarşı heç bir tədbir görülmür. Ermənistan işğalı altında olan Azərbaycan torpaqlarını minalarla dolu bir məkana çevirib.

İşğaldan azad olunmuş ərazilərimizdə basdırılmış hər bir mina istənilən halda Azərbaycan vətəndaşlarına və mülki əhaliyə qarşı təhlükədir.

Qeyd edə ki, 10 noyabr 2020-ci il tarixindən hazır ki, günə qədər işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 20 mülki şəxs həlak olmuş, 86 hərbi qulluqçu və 29 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarəti almışdır.

Bizim məcburi köçkünlərimiz təhlükəsiz şəkildə evlərinə qayıtmaları üçün ərazilər minalardan təmizlənməlidir.

Biz Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi olaraq Ermənistandan beynəlxalq hüquq qarşısında tutduğu öhdəlikləri və insan həyatını qorumaqla bağlı mənəvi borcunu yerinə yetirməsini tələb edirik və beynəlxalq təşkilatları, media təsisatlarını, jurnalist hüquqlarını müadafiə edən qurumları minalanmış ərazilərin xəritəsini vermək üçün Ermənistana təzyiq göstərməyə çağırırıq.