Universitetlərimiz müasir təhsil verə bilmir – Ekspert

188

Azərbaycan ali təhsil müəssisələri xarici ölkələrin universitetləri ilə rəqabət aparmaq iqtidarında deyil.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a təhsil eksperti Kamran Əsədov ölkəmizdəki ali təhsil müəssisələrinin müasir təhsil sistemi ilə müqayisəsindən danışarkən deyib.

“Ali təhsil müəssisələrimiz müasir dövrün tələblərinə və əmək bazarının standartlarına uyğun kadr hazırlığını həyata keçirməkdə çətinlik çəkir. Azərbaycan universitetlərinin maddi-texniki bazaları çox zəifdir, müasir dövrün tələblərinə uyğun laboratoriya və digər infrastrukturları yoxdur. Bunun əsas səbəbi həmin universitetlərin uzun müddət eyni ərazidə yerləşməsidir. Etiraf edək ki, bu gün dünya təhsil sistemi və universitetlər sistemi yeni bacarıqları özündə əks etdirən, məhsul istehsal edə bilən və azxərcli ali təhsil binaları tələb edir. Azərbaycan ali təhsil müəssisələrində kadr potensialının, xüsusən, texniki və təbiət fənləri, proqramlaşma, kompüter elmləri, informasiya texnologiyaları ilə bağlı çox zəif tədris sistemi həyata keçirilir. Bu səbəbdən Azərbaycan ali təhsil müəssisələri xarici ölkələrin universitetləri ilə rəqabət aparmaq iqtidarında deyil”, – ekspert qeyd edib.