Bakı-Sumqayıt yolunda hərəkət iflic oldu

72

Səhər saatlarından başlayaraq Bakı-Sumqayıt yolunda tıxac yaranb.

Sosialmedia.az Oxu.Az-a istinadən məlumatına görə, tıxac Bakı-Sumqayıt yolunda paytaxt istiqamətində müşahidə edilir.

Belə ki, yolun Xırdalan dairəsindən keçən hissəsindən başlayan “20 Yanvar” metrostansiyasına qədər davam edir.

Tıxacın uzunluğu 5 kilometrdən çoxdur. Nəqliyyatın hərəkəti demək olar ki, dayanıb.