Yasamalda 11 yaşlı uşağı avtomobil vurub, vəziyyəti ağırdır

155

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Sosialmedia.az “Report”a istinadən məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Yolu keçən 2010-cu il təvəllüdlü Mirzəyev Əbəlfəz Tərlan oğlunu avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

11 yaşlı uşağın vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.