Azərbaycanda oğul atasını balta ilə öldürdü

143

Quba rayonunda qətl hadisəsi olub.

Sosialmedia.az “Report“”a istinadən verdiyi məlumata görə, hadisə rayonun Rustov İnzibati Ərazi Dairəsinin Sofikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Rəvan Sadıq oğlu Ramazanov atası, 1970-ci il təvəllüdlü Sadıq Rzaqulu oğlu Ramazanovu balta ilə vuraraq öldürüb.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.