Bakıda ağır qəza tıxaca səbəb oldu – FOTO

247

Bakının kənar dairəvi yolunda uzun tıxac yaranıb.

Sosialmedia.az Oxu.Az-a istinadən məlumatına görə, Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində nəqliyyatın hərəkəti iflic olub.

Tıxacın uzunluğu bir neçə kilometrə çatıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, tıxaca Lökbatanda baş verən yol nəqliyyat hadisəsi səbəb olub.

İlkin məlumata görə, iki yük avtomobili toqquşub və avtomobillərdən biri aşıb.