Kreml Bakıya mesaj verdi ki, İrəvanı məcbur edəcək…

248

Həftəlik brifinqdə “Rusiya Qarabağla bağlı üçtərəfli işçi qrupunun yaxın zamanlarda işini bərpa edəcəyinə ümid edir” sözlərini deməklə Mariya Zaxarova faktiki olaraq Ermənistanın prosesdən çıxdığını etiraf etmiş oldu.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Zülfüqarov Rusiya XİN rəsmisi Mariya Zaxarovanın sözlərini şərh edərkən deyib.

O bildirib ki, halbuki bir neçə gün öncə Rusiya rəsmi İrəvanın prosesdə olduğunu qeyd etmişdi:

“Ermənistan hazırda görülməsi vacib olan bütün işlərdən boyun qaçırmaq istəyir. Xüsusilə yada salaq ki, bir müddət öncə Ermənistan həm “hərbi əsirlər”, həm də sərhədlərin delimitasiya və demarkasiyasını bəhanə edərək, Qarabağla bağlı üçtərəfli işçi qrupundan çıxdığını açıqlamışdı. İstənilən halda Ermənistan məsuliyyətindən yayına bilməyəcək”.

Politoloq bildirib ki, 10 noyabr bəyanatının icrasında Rusiya da maraqlıdır və gec-tez Zəngəzur dəhlizi də daxil olmaqla, bütün maddələr gerçəkləşəcək:

“O ki qaldı Zaxarovanın dediklərinə, zənnimcə, “Rusiya Qarabağla bağlı üçtərəfli işçi qrupunun yaxın zamanlarda işini bərpa edəcəyinə ümid edir” sözləri ilə Kreml rəsmi Bakını əmin etmək istədi ki, Ermənistanı prosesə qaytarmağa məcbur edəcək”.