Türkiyəni Qafqazdan sıxışdırmağa çalışan ABŞ: Gürcüstan üzərindən qurulan oyun

5166

Sosialmedia.az xəbər verir ki, Türkiyənin Cənubi Qafqazda varlığı bir çox Qərb ölkələrini,xüsusilə də Amerika Birləşmiş Ştatlarını (ABŞ) narahat edir.

Azərbaycan Türkiyə ilə sıx əlaqələrə malik olan strateji tərəfdaşdır. Bu baxımdan Türkiyənin Qafqazdakı varlığı daimi Azərbaycan tərəfindən dəstəklənir və prespektivdə olan layihələrdə də Türkiyənin iştirakı rəsmi Bakı üçün arzuolunandır. Amma Türkiyə regiondakı varlığı digər ölkələr üzərində də qurur ki, bu da Cənubi Qafqazda yeni bir gücün, marağın yaranması deməkdir. Bu güc isə ABŞ-ın maraqlarına cavab vermir və müxtəlif yollarla Türkiyəni bölgədən sıxışdırmağa çalışır.

ABŞ Cənubi Qafqazdakı maraqlarını hazırda Gürcüstan üzərindən reallaşdırır. Nəzərə alsaq ki, Türkiyə ilə Gürcüstan quru sahədlərə malik ölkələrdir, bu, iqtisadi baxımdan çox əlverişli mühit yaradır. Türkiyə artıq uzun illərdir ki, Gürcüstan bazarına girib və bir çox sahələrdə, əsasən də tikinti, turizm sektorlarında türk şirkətləri fəaliyyət göstərir.

Məsələn, “Namaxvani SES” Türkiyə investorlarının yatırımıdır və bu layihənin icraçısı “ENKA” türk şirkətidir. Tiflis hava limanının terminallarından birini  Türkiyənin “Tava Airports Holding” şirkəti tikib. Batum deniz limanındakı turizm obyektlərinin əksəriyyətini türk şirkətləri inşa edib.
Son dönəmlər isə Türkiyənin iqtisadi sahədə Gürcüstanda sıxışdırılması prosesi gedir. Bu prosesin arxasında ABŞ-ın dayanması heç kimə sirr deyil. Çünki Türkiyənin Gürcüstanda sıxışdırılması yalnız ABŞ-ın maraqlarına cavab verir.

Baxmayaraq ki, Gürcüstan hökuməti Türkiyənin iqtisadi varlığından narahat deyil, əksinə, bunda maraqlıdır, amma bəzi Qərb dəstəkli güclər bu prosesin qarşısını almaq üçün ciddi səylə çalışırlar. 2020-ci ilin iyul ayında Gürcüstan hökuməti Amerikanın məşhur “Frontera Resources” neft-qaz kampaniyası ilə müqavilələri ləğv edib. Qeyd edək ki, “Frontera Resources” Gürcüstan bazarında kifayət qədər məşhurdur və senatorlar tərəfindən dəstəklənən kompaniyadır.

Bütün bunlara baxmayaraq ABŞ Türkiyəni Gürcüstandan, dolayısı ilə Cənubi Qafqazdan çıxarmaqda israrlı görünür. Türkiyənin Qafqazda güclənməsi ABŞ-ı ciddi şəkildə narahat edir. Bayden Administirasiyanın qondarma erməni soyqırımı siyasətinin də məqsədi məhz Türkiyənin Qafqaz siyasətinə qarşı olan addım idi.

Təsadüfi deyil ki, ABŞ tərəfindən gündəmə gətirilən və uzun müddət haqqında danışılan “Böyük Orta Şərq” layihəsində Cənubi Qafqaza da yer verildiyinə dair iddialar dünyanı yenidən şəkilləndirmə arzusunda olan bu dövlətin bölgəyə xüsusi əhəmiyyət verdiyinin başlıca göstəricilərindən biri oldu.

Bu layihənin birbaşa Türkiyənin maraqlarına zidd olan, bölgədə yeni, separatçı dövlətlərin yaradılmasına hesablanmış layihə idi. ABŞ dünyaya yeni bir istiqamət verməyə və bu yöndə Cənubi Qafqazda mövqelərini gücləndirməyə çalışarkən, Türkiyə ilə maraqları toqquşdu və “Patriot” Hava Hücumundan müdafiə, o cümlədən F-16 bombardımançı qırıcılarının Türkiyəyə satılmasına qadağa qoydu. Türkiyə bu “zərərini” Rusiyadan aldığı S-400 Hava Hücumundan Müdafiə komplekslərini almaqla kompensasiya etmiş oldu. Bu proseslə eyni zamanda Türkiyə-Rusiya münasibətləri də müsbət mənada yeni mərhələyə qədəm qoydu.

ABŞ Türkiyəni Qafqazdan sıxışdırmaq üçün yeni “layihələrə” start verdi. Hazırda Ankara və Tiflis arasındakı iqtidasi anlaşmaları pozmağa cəhd edən ABŞ Gürcüstanda anti-Türkiyə atmosferi yaratmağa çalışır. Bunun üçün ABŞ Qərb maliyyəli gürcü QHT-lərin fəaliyyətindən yararlanır. Hazırda ABŞ külli miqdarda maliyyə xərcləyərək Gürcüstanı Türkiyədənsə Qərblə layihələrin həyata keçirilməsinin daha sərfəli olduğuna inandırmağa çalışır.

ABŞ-ın maliyyəsi ilə aparılan prosesin mətbuata yansıyan hissəsi isə gürcü KİV-lərində Gürcüstan-Türkiyə münasibətlərinin güya Rusiya tərəfindən pozulmağa çalışıldığı haqqında təbliğat aparılır.

ABŞ Prezidenti Co Baydenin bütün siyasi fəaliyyəti boyu anti-türk mövqeyini gizlətməməsi hazırkı ABŞ administirasiyasının Türkiyə siyasətininin ilkin xəbərçisidir. Hazırda ABŞ kəşfiyyatının Gürcüstanda Türkiyə əleyhinə apardığı kampaniyanın arxasında da Bayden Administrasiyası dayanır. Bu layihənin maliyyələşməsi isə ABŞ kökənli koorperativ şirkətlər vasitəsilə və Qərb fondlarının iştirakı ilə aparılır.

Qərb mətbuatı yazır ki, bu prosesin arxasında ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeo dayanır. Prosesdə isə xüsusi aktivlik göstərən ölkələr Fransa, Belçika və Avstiryadır. Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron Türkiyəyə qarşı açıq siyasət apardığını gizlətmir. Qeyd edək ki, Qarabağ məsələsində də Fransa ilə Türkiyənin maraqları üst-üstə düşmür. Fransa işğalçı Ermənistana dəstək verməklə, əslində Qərbin mövqeyini göstərmiş olur.

NATO-nun ötənilki iclasında Qərb təmslilçiləri, xüsusilə də rəsmi Vyana nümayəndə heyəti Türkiyəyə qarşı ciddi ittihalar səsləndirdi. Rəsmi Ankara bütün ittihamlara cavab verdi, amma Qərb bununla mövqeyini göstərmiş oldu.
ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaların da arxasında məhz Amerikanın Gürcüstan-daha geniş anlamda desək, Qafqaz maraqları dayanırdı.
Bu məsələdə Almaniya Bundestaqı da ABŞ-a birbaşa verir. Almaniya Bundestaqının deputatları Gürcüstanda açıq formada Türkiyə əleyhinə çıxışlar edir və almaq mətbuatı bunu geniş şəkildə tirajlayır.

Beynəlxalq ekspertlər isə bunu geopolitik bir məsələ və əsasən Aralıq dənizində, Suriyada və Cənubi Qafqazda Türkiyənin aktiv fəaliyyətindən doğan narazılıq hesab edir. Eyni zamanda Qərbin Türkiyəyə bu münasibətinin arxasında Rusiya ilə yaxşı münasibətlərin dayandığı da səbəb kimi qeyd olunur.

Amma son proseslər də onu göstərir ki, əslində Qafqazda Rusiya-Türkiyə əlaqələri müsbət nəticələrə gətirib çıxarır. Bunun əyani göstəricisi olaraq Qarabağ probleminin nizamlanmasını göstərmək olar. Azərbaycan 44 günlük Vətən müharibəsi dövründə Türkiyə tərəfindən birmanlı şəkildə dəstəkləndi.

Təsadüfi deyil ki, 2020-ci il 10 noyabr bəyanatında, o cümlədən 2021-ci ilin 11 yanvar razılaşmasında Azərbaycan və Ermənistanla yanaşı Rusiyanın da imzası var. Eyni zamanda hazırda bölgədə daimi sülhsün təmin olunması üçün Türkiyə və Rusiya birgə monitorinq mərkəzi fəaliyyət göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, Qafqazda Rusiya və Türkiyə münasibətləri kifayət qədər normaldır və regiondakı durumdan narahat olan yeganə güc ABŞ-ın timsalında Qərbdir.

ABŞ hazırda çalışır ki, bölgədəki təbii ehtiyatları sahiblənsin, neft-qaz yataqları ilə bağlı müqavilələrdə (həm strateji maraqlar, həm də iqtisadi/ticari səbəblər) iştirak etsin.

ABŞ-ın Cənubi Qafqazla bağlı digər marağı isə bölgəni alternativ bazar olaraq istifadə etməkdir ki, bunun üçün Amerikanın bölgədə yeganə güc olması lazımdır. Ona görə də hazırda bölgədə Türkiyənin, Rusiyanın varlığı və mövqelərinin güclənməsi ABŞ-ın maraqlarına heç bir halda cavab vermir. Ona görə də ABŞ Türkiyəyə qarşı hücumlara ilk olaraq Gürcüstan üzərindən başlayıb və bu “müharibənin” təşkilatçısı kimi Rusiya amilini qabartmağa cəhd edir.

Qeyd edək ki, ABŞ Gürcüstana təkcə bu ilin may ayının 21-də 67, cəmi bir gün sonra isə  330 milyon dollar qrant ayırıb. Bütün bu qrantların məqsədi isə Gürcüstan iqtisadiyyatından Türkiyənin sıxışdırılmasına hesablanmış addımdır.