15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə Ağstafada geniş bayram konserti keçirilib

2677

15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə Ağstafada ümumrayon tədbiri, geniş bayram konserti keçirilib.

SosialMedia.az xəbər verir ki, tədbir iştirakçıları ilk öncə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Bayram münasibəti ilə Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi və Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə açıq hava şəraitində qurulmuş sərgidə ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən kitablar, istedadlı uşaqların çəkdikləri rəsmlər, eləcə də tarixi-mədəni eksponatlar nümayiş etdirilmiş, konsert təşkil olunmuşdur.

Konsertdə Ağstafa rayon Uşaq Musiqi Məktəbinin şagird və müəllimlərinin, yerli mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında ulu öndərin sevdiyi ve ona həsr olunmuş mahnılar ifa edilmiş, şeirlər səsləndirilmiş, rəqs nömrələri nümayiş etdirilmişdir. Bayram münasibətilə təşkil olunmuş sərgi və konsert proqramı rayon sakinləri tərəfindən geniş maraq və rəğbətlə qarşılanmışdır.