NATO Zirvəsindən sonra Şuşaya gedirik – Kalın

245

NATO Zirvəsindən sonra Azərbaycanın tarixi və mədəni paytaxtı Şuşaya gedirik.

Sosialmedia.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Tvitterdə yazıb.

“Qarabağ qələbəsini taclandıran bu səfər Türkiyə-Azərbaycan əlaqələrini daha da gücləndirəcək və dərinləşdirəcəkdir. Qafqaz tarixi inam, əzm və cəsarətlə yenidən yazılır”, – deyə Kalın bildirib.