Duma Ukrayna və Moldovaya xəbərdarlıq etdi

163

Moldova prezidentini dəstəkləyən siyasi qüvvələr Dnestryanının mühasirəsini gücləndirmək, bölgədəki sülhməramlı əməliyyatın mexanizmini məhv etmək üçün hər fürsətdən istifadə edirlər.

Sosialmedia.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasından yayılan müraciətdə bildirilib.

“Dövlət Duması Moldova və Ukrayna hakimiyyət orqanlarının sülhməramlı əməliyyatın hazırkı formatını pozmağa yönəlmiş hər hansı dağıdıcı və məsuliyyətsiz bəyanatlarını və hərəkətlərini qəbuledilməz hesab edir. Dnestryanıya qarşı blokada və məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsini pisləyir və tez bir zamanda bunun aradan qaldırılmasının zəruriliyini bildirir. Dnestryanı münaqişəsini bütün səviyyələrdə həll etmək üçün danışıqlar prosesini blokdan çıxarın”,- Dövlət Dumasından bildirilib.