İtkin düşən şəxs minaya düşərək ölübmüş

228

Ağdamda itkin düşən şəxsin minaya düşdüyü məlum olub.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a Ağdam Rayon icra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, 10 gündən çoxdur itkin düşən Cəsarət Hətəmxanov rayonun işğaldan azad olunmuş Seyidli kəndi ərazisində minaya düşərək həlak olub.

Onun meyiti iyunun 16-da hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tapılıb və bu gün ailəsinə təhvil verilib.

C.Hətəmxanovun nəşi Quzanlı qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ağdamın Seyidli kənd sakini C.Hətəmxanov Quzanlı qəsəbəsində yaşayırdı. O, bu ayın əvvəlində Seyidli kəndinə gedib, daha sonra geri qayıtmayıb. Həmin gündən C.Hətəmxanovla əlaqə itib.