Sənədsiz tikililər yalnız bu halda qazlaşdırıla bilər

249

Sənaye təyinatlı torpaqlarda yerləşən evlərin qazlaşdırılması ilə bağlı problem birmənalı olaraq ərazinin təyinatı dəyişdikdən sonra həll oluna bilər.

Sosialmedia.az bildirir ki, Bunu Axar.az-a daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

Ekspert bildirib ki, bu məsələ Nazirlər Kabineti səviyyəsində həll olunmalıdır:

“Yerli icra hakimiyəti torpaqların təyinatının dəyişməsi üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müraciət edir. Onlar da müraciəti Nazirlər Kabinetinə yönləndirir. Eyni zamanda, qeyd edim ki, ölkə Prezidentinin bütün qanunsuz tikililərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırığı var. Yəqin ki, sənaye təyinatlı torpaqlarda yaşayanlar üçün də başqa bir qərar qəbul ediləcək. Onların köçürülməsi, torpaq sahəsinin təyinatının dəyişdirilməsi, qeydiyyata alınması barədə bir qərar olmalıdır. Düşünürəm ki, yerli icra orqanları bu prosesi sürətləndirməlidirlər”.