İndividual yanaşma ilə sağlamlığa doğru Hemofiliya Məktəbinin növbəti tədbiri keçirilib

391

Sosialmedia.az bildirir ki, 18 iyun 2021-ci il tarixdə İndividual yanaşma ilə sağlamlığa doğru Hemofiliya Məktəbinin təlimçisi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Pediatrik Onko Hematologiya şöbəsinin müdiri, Dr. Sevil Cəlilova oldu.
Müxtəlif laxtalanma pozğunluğu ilə olan xəstəliklər haqqında məlumat və spesifik yanaşma mövzusu çərçivəsində Dr. Sevil Cəlilova pasientlər və onların valideynləri ilə görüşərək nadir qanda laxtalanma pozğunluğu ilə olan xəstəliklər haqda geniş məlumat vermişdir.
Nadir xəstəliklərdən: Wiskott-Aldrich,Glanzmann Bernar – Soulier, May – Hegglin, Gti trombosit sindromu və digər xəstəliklər yer almışdır.
Çıxış zamanı qeyd edilən nadir xəstəliklərin diaqnostikası, simptomları, müalicə üsulları və xüsusən müasir və prespektivli müalicə üsulları haqqında pasientlərə geniş məlumat verildi.
Daha sonra pasientlərin və onların valideyinlərinin suallarına Dr. Sevil Cəlilova və Ayaz Hüseynov ətraflı cavab verərək lazımi məsləhətlər vermişlər. Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov qeyd etdi ki, yaxın zamanda aidiyyəti səhiyyə qurumlarına müraciətlər ünvanlanacaq ki, Milli Hematologiyada və Transfuziologiya Mərkəzində qeydiyyatda ağır qanaxmalar ilə müşahidə edilən nadir xəstəliklərdən əziyyət çəkən pasientlərin müalicəsində istifadə olunan VII faktorla adı çəkilən Mərkəz təchizatlansın.
Təlimlər zamanı pasientləri narahat edən suallar öz cavabını taparaq pasientlər və onların valideyinləri tərəfindən məmnunluq hissi ilə görüş yekunlaşmışdır.
Qeyd edək ki, yaxın günlərdə hemofiliyalı pasientlərin Fizioterapevtik müalicəsinə dair mövzuda təlimlər gözlənilir.