Kəlbəcər rayonunda göldə batan hərbçimiz Göygöl rayonunda dəfn edilib

777

Azərbaycan Ordusunun Kəlbəcərdə göldə boğularaq ölən zabiti dəfn edilib.

SosialMedia.az-ın yerli bürosunun məlumatına görə, əvvəlcə Gəncə şəhərində kəlbəcərlilərin yaşadığı qəsəbədə kapitan Fərzəliyev İlhamla vida mərasimi keçirilib.

Vida mərasimindən sonra İ.Fərzəliyev Göygöl rayonun Murovdağ qəsəbə qəbiristanlığında dəfn olunub.

Dəfin mərasimində Kəlbəcər, Göygöl RİH nümayəndələri, şəhidin ailə üzvləri, hərbiçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, İ.Fərzəliyev Kəlbəcər rayon Tövlədərə kənd sakinidir, ailəli olub və bir övladı var.

O, Vətən Müharibəsinin iştirakçısı olub və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Azərbaycan Ordusunun zabiti, kapitan İ. Fərzəliyev iyunun 18-də Kəlbəcər rayonu ərazisində yerləşən göldə çimərkən boğulub.