Əmək və Əhalinin Sosial Müdafiə Nazirin müavini Anar Kərimov Paralimpiyaçı İlham Məhərrəmovun medalını təqdim edib

234

Prezident İlham Əliyevin Sərəncamı ilə Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibəti ilə Paralimpiya hərəkatında göstərdiyi xidmətlərə görə, bir çox idmançımız medalla təltif edilmişdi.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev paralimpiyaçılara şəxsən medalları təqdim etmişdi. Lakin paralimpiyaçıların bəziləri fəaliyyət səbəbi ilə Bakı şəhərindən kənarda olduğundan meddalarını ala bilməmişdilər. Bunlardan biri də Paralimpiyaçı İlham Məhərrəmov idi.

Sosialmedia.az bildirir ki, Bu gün Əmək və Əhalinin Sosial Müdafiə Nazirin müavini Anar Kərimov İlham Məhərrəmovun medalını təqdim edib. Nazir müavini bildirib ki, dövlətin diqqət və qayğısı daim Paralimpiyaçıların üzərindədir.
Söhbət zamanı Boccia İdman Federasiyasının fəaliyyəti müzakirə edilib.

İlham Məhərrəmov Boccia İdman Federasiyası adından Prezident İlham Əliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə , Əmək və Əhalinin Sosial Müdafiə Nazirin müavini Anar Kərimova, Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidenti İlqar Rəhimova və Sosial Xidmətlər Agentliyinin idarə Heyətinin Sədri Vüqar Behbudova hər zaman Boccia idmanının inkişafına dəstək olduqları üçün təşəkkürünü bildirib.