Azərbaycan Milli QHT Forumu Azay Quliyevi yubleyi münasibəti ilə təbrik etdi

628

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Milli Qeyri-Hökmət Təşkilatları Formu Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı cənab Azay Quliyevi 50 illik yubleyi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir :

Hörmətli Azay müəllim!
Sizi 50 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edirəm. Sizin adınız Azərbaycan ictimaiyyəti üçün ən tanınmış və doğma adlardan biridir. Gənclik dövründən gənclər hərəkatı, daha sonra Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının sədri, Azərbaycan Milli QHT Forumunun prezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri və indi isə Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin sədri kimi, 20 ildən artıq bir müddətdə Siz Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının, həmçinin vətəndaş cəmiyyətinin yaradılması, formalaşması və inkişafı üçün ciddi xidmətlər göstərmiş, bu yolda öz bilik və bacarığınızı əsirgəməmisiniz. Heç təsadüfi deyil ki, vaxtilə yaradılmasında fəal iştirak etdiyiniz Milli QHT Forumunun üzvü olan yüzlərlə təşkilat 2008-ci ildə böyük etimad göstərərək, Sizi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü seçmişlər. 2005-ci ildən Milli Məclisin deputatı kimi, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə Azərbaycan dövlətinin inkişafı və milli maraqlarımızın müdafiəsi, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində öz layiqli töhfələrinizi vermisiniz. İnanıram ki, Siz bundan sonra da böyük əzm və fədakarlıq nümayiş etdirəcək müstəqil dövlətimizin və vətəndaş cəmiyyətinin inkişafına yeni-yeni töhfələr verəcəksiniz.

Hörmətli Azay müəllim!
Azərbaycan Milli QHT Forumunda və bütövlükdə vətəndaş cəmiyyətində birgə çalışdığımız illər ərzində Sizin vətənpərvər, müasir, peşəkar, işgüzar, praqmatik və perspektivli bir gənc olduğunuzun, milli dəyərlərə və milli maraqlara, o cümlədən Azərbaycançılıq məfkurəsinə yorulmadan və sədaqətlə xidmət etdiyinizin şahidi olmuşuq. Bu çox çətin, məsuliyyətli, eyni zamanda mənalı və şərəfli bir ömür yoludur. Sizə bu yolda sağlıqlı uzun ömür, həm şəxsi həyatınızda, həm də siyasi fəaliyyətinizdə böyük uğurlar arzulayıram.