Fəzail Ağamalı:Silahlı Qüvvələrimiz bizim qürur və şərəf mənbəyimizdir

406

Bu gün hər bir Azərbaycanlının qürur mənbəyi olan Silahlı Qüvvələrimizin 103 – cü il dönümü tamam olur. Müasir Azərbaycan dövlətinin Milli Ordusu çətin, mürəkkəb və şərəfli yol keçmişdir. 1990-cı illərin əvvələrində erməni təcavüzünə qarşı aparılan ölüm – dirim müharibəsində ilk addımlarını atan silahlı qüvvələrimiz Ulu Öndərimizin hakimiyyəti illərində formalaşmağa başladı və müasir müdafiə sistemimizin ciddi və əsaslı təməli qoyuldu.

Sosialmedia.az bildirir ki, Böyük məmnuniyyətlə qeyd etmək olar ki, artıq Azərbaycan Silahlı Qüvəlləri Dünyanın ən güclü orduları içərisində yer alır. Onu da etiraf etmək lazımdır ki, Ölkə prezidenti İlham Əliyevin Müdafiə sisteminin güclənməsinə göstərdiyi böyük diqqət və Müdafiə Nazirliyində apardığı islahatlar əhəmiyyətli nəticələrini verdi və verməkdədi.
Aparılan islahatlar əsgər və zabitlərə böyük qayğı və diqqət, onların vətənpərvərlik ruhunda formalaşmasına xüsusi əhəmiyyətin verilməsi və ordumuzun ən müasir silahlarla təchiz edilməsi silahlı qüvvələrimizin üstün göstəriciləridi.

Bütün bunlar heç şübhəsiz ki, 44 günlük Vətən müharibəsində özünü açıq şəkildə ifadə etdi. Qəhrəman, igid əsgər və zabitlərimiz müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 200 ildən başlayaraq üzərimizə gələn və tarixi torpaqlarımızı işğal edərək qondarma Ermənistan dövlətini yaradan dünya ermənilərinə və onları himayə edənlərə tarixin ibrət dərsi verildi. Bütün bunlar Milli Ordumuzun döyüş qabiliyyətinin ciddi göstəricisidir. Bu gün artıq məhz Silahlı Qüvvələrimizin şücaəti və rəşadəti nəticəsində Azərbaycan məğlub xalqdan qalib gəlmiş xalqa çevrildi.

Silahlı Qüvvələrimiz bizim qürur və şərəf mənbəyimizdir. Ali Baş Komandanımız başda olmaqla bütün Silahlı Qüvvələrimizin əməkdaşlarını, generalları, zabitləri, əsgərləri 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranması münasibətilə təbrik edir, onlara möhkəm can sağlığı, şərəfli və çətin fəaliyyətlərində uğurlar diləyirəm. İnanıram ki, bundan sonra da Milli Ordumuz onun qarşısında qoyulan vəzifələri çox böyük uğurla yerinə yetirəcək, Azərbaycanımızın müstəqilliyinin, suverenliyinin, təhlükəsizliyinin təmin olunmasında yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirəcəkdir.

Bayramınız mübarək dəyərli əsgər və zabitlərimiz!

Fəzail Ağamalı,

Milli Məclisin deputatı,

Ana Vətən Partiyasının sədri.

26 İyun 2021 – ci il