Şəmkirdə şəhid Elşən Yunisli ilə vida mərasimi keçirilir – FOTO

539

Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu ilə Şəmkirdə vida mərasimi keçirilir.

SosialMedia.az-ın yerli bürosunun məlumatına görə, şəhid Elşən Fazil oğlu Yunislinin nəşi rayonunun Təzəkənd kəndində gətirilib.

Mərasimdə Rayon İcra Hakimiyyətin nümayəndələri, şəhid ailə üzvləri, kənd sakinləri iştirak edir.

Şəhid Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılacaq.