Rusiya Türkiyəyə bunu verməyə hazırdır – Faliçev

408

Türkiyə Rusiyaya sadəcə təyyarələrin satışını deyil, hətta bu təyyarələrin istehsalı üçün texnologiyanı da təqdim etməyə hazırdır.

Sosialmedia.az xəbər verir ki, bu sözləri təqaüddə olan rusiyalı polkovnik Oleq Faliçev deyib.

“Türkiyə üçün bu, çox önəmli məsələdir. Ankaranın TF-X adlı supersonik təyyarə istehsal etməyi hədəf seçdiyini bilirik. Bu təyyarənin xarakteristikası Su-35 və Su-57 kimi rus layihələrindən fərqli deyil. Uzunvədli proqram olduğundan xəbərimiz var. Lakin Türkiyə hədəfinə çatmaq məsələsində çox qətiyyətlidir”, – deyə Faliçev bildirib.

Ekspert qeyd edib ki, iki ölkə arasında aviasiya sahəsində əməkdaşlıq getdikcə artacaq.