QHT Kitab bizdən, oxumaq sizdən” devizi altında vətəndaş təşəbbüsü kampaniyasına start verdi

235

Sosialmedia.az xəbər verir ki, ” İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi Ədliyyə Nazirliyi ilə birgə 2021-ci il “Nizami Gəncəvi İli” çərçivəsində “Kitab bizdən, oxumaq sizdən” devizi altında vətəndaş təşəbbüsü kampaniyasına start verir.
Kampaniyaya qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, habelə nəşriyyatlar, kitab mağazaları, şair, yazıçılar və digər vətəndaşlar qoşularaq oxuduqları kitabları cəzaçəkmə müəssisələrinin kitabxanalarına hədiyyə edə bilərlər.

Bununla əlaqədar kitabları “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin ofisinə (Ünvan: Bakı ş, Mətbuat pr.529-cu məhəllə. Azərbaycan nəşriyyatı, 3-cü mərtəbə, 120-ci otaq), həmçinin +994 55 3251 838 nömrəli telefonlarla əlaqə saxlamaqla təqdim etmək olar.

Cəmiyyətimizin həssas təbəqəsi olan məhkumların reinteqrasiyası ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən innovativ tədbirlər maraq doğurur. Azadlıqdan məhrum edilmiş şəxslərin islah prosesinin və asudə vaxtının səmərəli təşkili, onların ayrı-ayrı ixtisaslara, peşə sahələrinə olan marağı nəzərə alınaraq təlim-tədris proqramlarının keçirilməsi onların hüquqlarının etibarlı təminatına xidmət edir.
Nazirliyin bu sahədə vətəndaş cəmiyyəti institutları ilə sıx işgüzar fəaliyyəti, cəzaçəkmə müəssisələrində məhkumların islah prosesinə, çoxşaxəli, mühüm tərbiyəvi əhəmiyyət kəsb edən tədbirlərə ayrı-ayrı qeyri-hökumət təşkilatlarının yaxından cəlb edilməsi xüsusilə diqqətəlayiqdir.

Məhkumların bilik və dünyagörüşlərinin artırılması, asudə vaxtlarını daha səmərəli keçirmələri üçün “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə birgə 2021-ci il “Nizami Gəncəvi İli” çərçivəsində “Kitab bizdən, oxumaq sizdən” devizi altında vətəndaş təşəbbüsü kampaniyasına start verir.
Kampaniyanın məqsədi penitensiar müəssisələrin kitabxana fondlarının müxtəlif bədii, publisistik və digər elmi kitablarla zənginləşdirilməsi, azadlıqdan məhrum edilmiş şəxslərin mütaliə marağının artırılmasıdır.

Kitabları gətirən şəxslərlə “Kitab bizdən, oxumaq sizdən” şüarı ilə hazırlanan xüsusi baner önündə fotolar çəkilərək sosial mediada paylaşımlar ediləcəkdir.