Neftçalada dənizdə batan 3-cü şəxsin meyiti tapıldı

286

Neftçalada ötən gün dənizdə batan 3-cü şəxsin meyiti tapılıb.

Sosialmedia.az Report-a istinadən xəbər verir ki, ötən gecə Neftçala şəhər sakini, 1977-ci il təvəllüdlü Şükür Vaqif oğlu Mənəfovun meyiti dəniz sahilihdə aşkarlanıb. Meyit götürülərək aidiyyati üzrə təhvil verilib.

Qeyd edək ki, ötən gün rayonun Şirvanlı kəndi ərazisində Neftçala şhər sakinləri, 1977-ci il təvəlüdlü Məmməd Əvəz oğlu Bədəlov və onun oğlu, 2013-cü il təvəllüdlü Əbülfəz Məmməd oğlu Bədəlzadə dənizdə çimərkən boğulmuşdu. Şükür Mənəfov oları xilas etmək istəyən zaman o, da dənizdə boğularaq batmışdı.

Faktla bağlı araşdırma aparılır.