Bakıda 63 yaşlı qadının meyiti aşkarlandı

320

Bakıda mənzildə qadın meyiti aşkarlanıb.

Sosialmedia.az bildirir ki, Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Zərifə Əlimurad qızı Musayevanın meyitini aidiyyəti üzrə təhvil veriblər.