Fəzail Ağamalı: “Polad Həşimov mərdliyi, qorxmazlığı ilə qəhrəmanlıq nümunəsi yaratdı”

320

44 günlük Zəfərimizin başlangıcı kimi tarixə düşən Tovuz döyüşləri Azərbaycan xalqının qəhrəmanlıq dastanının unudulmayan səhifələrindəndi.

Ali Baş Komandan, Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mərd oğullarının şücayəti və igidliyilə düşmən üzərində Tovuzda başlayan, Şuşanın azad edilməsilə bitən qələbə ərazi bütövlüyümüzü təmin etdi.

Tovuz istiqamətindəki döyüşlərdə  ölümüylə ölümsüzlük yaradan, əbədi yaşar, Azərbaycanın Milli Qəhrəmanı, Silahlı Qüvvələrimizin General – Mayoru Polad Həşimovun Şəhadətə qovuşduğu gündən 1 il ötür.

O, mərdliyi, qorxmazlığı ilə Azərbaycan xalqının yaddaşında əbədi, silinməyən yer aldı, qəlbləri fəth etdi və qəhrəmanlıq nümunəsi yaratdı.

Sosialmedia.az xəbər verir ki, bunu Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib.

“Odumuzun ağır itkilərindən olan Generalımız Polad Həşimova Uca Tanrıdan rəhmət diləyirəm. Allah rəhmət eləsin. Amin!”, deyə Fəzail Ağamalı qeyd edib.