Bayramda avtomobilləri texniki baxışdan keçirmək olacaq?

222

Qurban bayramı ilə əlaqədar 2021-ci il iyul ayının 18-dən 22-dək qeyri-iş günləri olması, eyni zamanda bayram günlərində polisin gücləndirilmiş iş rejimində xidmət aparması və belə günlərdə vətəndaşların asudə vaxtlarının daha çox olması nəzərə alınaraq, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Qaradağ rayonunda yerləşən (Sədərək Ticarət Mərkəzinin yanı) Müayinə Mərkəzi, habelə respublikаnın digər rаyonlаrındаkı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri həmin qeyri-iş günlərində də saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək.

Sosialmedia.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib.

“Odur ki, avtomobil sahibləri və sürücülər fürsətdən istifadə edib nəqliyyat vasitələrini texniki baxışa təqdim edə bilərlər”, – o, əlavə edib