Bakının bu yollarında tıxac var

216

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtdakı əsas yollardakı vəziyyətlə bağlı son məlumatları açıqlayıb.

Sosialmedia.az bildirir ki, BNA-dan Axar.az-a verilən məlumata görə, aşağıdakı küçə və prospektlərdə nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur:

– Bakı-Sumqayıt şosesi – Xırdalan dairəsindən istiqamətindən başlayaraq, 20 Yanvar dairəsi istiqaməti,

– Qara Qarayev prospekti – Koroğlu metro stansiyası istiqamətində,

– Zabrat şosesi – Zabrat dairəsi istiqamətindən, əsasən, Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində,

– Mikayıl Əliyev küçəsi – Heydər Əliyev prospekti – köməkçi yol istiqamətində,

– Yavər Əliyev küçəsi – Aeroport şossesinə çıxan yol,

– Afiyəddin Cəlilov küçəsi – Fəzayıl Bayramov küçəsi ilə kəsişmdən, Cavanşir körpüsünün üzəri istiqamətində,

– Tbilisi prospekti – Əsas yol – 20 Yanvar dairəsindən başlayaraq, əsasən, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində.