Alişanın qardaşı koronadan öldü

260

Türkiyənin məşhur müğənnisi Alişanın ailəsinə ağır itki üz verib.

Sosialmedia.az xəbər verir ki, sənətçinin qardaşı və eyni zamanda da meneceri olan Səlcuq Təkdaş koronavirusdan həyatını itirib.

Mərhuma 20 gün öncə koronavirus diaqnozu qoyulub. Xəstəxanada müalicə alan S.Təkdaş bütün tibbi müdaxilələrə baxmayaraq, pandemiyanın qurbanı olub.