Sürücülərin nəzərinə: Bu yollarda tıxac var

273

Bakı Nəqliyyat Agentliyi paytaxtda sıxlıq olan əraziləri açıqlayıb.

Sosialmedia.az sıxlıq müşahidə edilən yolları təqdim edir:

Bakı – Sumqayıt şossesi – Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şosse boyunca, 20 Yanvar dairəsi istiqamətində,

Binəqədi şosesi, əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində,

Ziya Bünyadov prospekti, əsasən,Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, əsas yol, 20 Yanvar dairəsi istiqamətində,

Tbilisi prospekti – Əsas yol və köməkçi yol – 20 Yanvar dairəsindən başlayaraq, əsasən, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində,

Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində,

Yavər Əliyev küçəsi – Aeroport şossesinə çıxan yol, Zabrat şosesi – Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində,

Mikayıl Əliyev küçəsi – Heydər Əliyev prospekti – köməkçi yol istiqamətində.