İKT, yoxsa ənənəvi media?

430

Bu gün İKT günün əsas tələblərindən biridir. Ancaq ənənəvi üsüllarla həyatını çətinləşdirərək keçirənlər belə deyir: bu, daha asandı.

XXI əsr texnologiya əsri olduğu üçün ənənəvi üsullardan çıxıb müassir standartlara cavab verən həyatın içindəyik. Buna misal olaraq yazmaq istərdim ki, ilk öncə işıq. Əvvəl və indi. Misalın ardı çox uzundu. Qısası, əvvəlin mən yazım sonrasın siz düşünün. Tozsoran, ət çəkən, paltar yuyan, qab yuyan, qələm, fen …….

Valideynlərimizdən tez-tez eşidərdik ki, bizim dövrdə belə deyildi. Bu kəlimə mənə həmişə qəribə gəlirdi. Artıq bizim də deyəcəyimiz söz yarandı: bizim dövr.

Ənənəvi media deyəndə ilk ağıla “Əkinçi” gəlir. Azərbaycanın Milli Jurnalistika tarixi məhz 146 il əvvəl, 1875-ci ilin 22 iyulunda maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini ərsəyə gətirməsi ilə yarandı. O, Azərbaycan dilində yayımlanan ilk qəzet idi və necə çətinliklərlə hazırlanırdı. İndi qazet çapı olduqca rahatlaşıb.

Əvvəllər növbə gözləmək bizə adi hal kimi gəlirdi. Artıq 3 dəqiqə gözləyəndə, nə çox gözlədik deyirik. Bu bizə İKT-nin necə yaxşı hal olduğunu xatırladır.

2013-cü il də ilk dəfə ASAN xidmət yarananda hamıya qəribə gəlirdi. Bu necə olacaq? Həqiqətən də bu Azərbaycanda yarandı? Bəzi insanlara yuxu kimi gəlirdi. Necə olacaq bizdən artıq rüşvət alınmayacaq, növbələr olmayacaq? İnsanlar artıq buna öyrəşdi. Hətta indi bütün işləri ASAN vasitəsi ilə görmək istəyirlər. ASAN brend oldu. Buna misal olaraq “myGov” elektron hökumət portalı, “e-gov.az” portalı, “ASAN Login” Vahid Giriş Sistemi, “ASAN Finans”, “ASAN ödəniş”, “ASAN Viza”, “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”, “Startaplar”, “Süni İntellekt” başqa çox sayda saymaq olar.

Artıq həyatımız da ASAN oldu.

Büllur Məmmədova.