Ermənilər təşvişdə: Bakı Fransada artıq dəstək qazanır

201

Fransada yaşayan ermənilər Azərbaycan təşkilatlarının aktivləşməyə başlamasından narahatdırlar.

Sosialmedia.az xəbər verir ki, bunu “Sputnik Ermənistan”a açıqlamasında erməni jurnalist Tiqran Yekavyan deyib.

“Azərbaycan Fransaya tələbələr göndərərək və Bakıdakı fransız dilində təhsili genişləndirərək, yeni fransızdilli elita hazırlayır. Orada artıq fransız universiteti var və lisey yaradılması planları da mövcuddur”, – deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan öz mövqeyini Fransadakı bütün tərəflərə çatdırmaq istəyir.

O, Fransanın artıq sol partiyaları və KİV-lərinin azərbaycanyönlü mövqe tutduqlarını bildirib.