Bəziləri bu fitnə atəşi üçün odun daşıyır – AKP

176

Burada siyasi partiyalar yoxdur. Hamımız dövlətimizin sərəncamındayıq. Yalan xəbərlərlə fitnənin yayılması mübarizəyə zərər verəcək. Siyasətçilərin yalan danışması son dərəcə ayıbdır.

Sosialmedia.az xəbər verir ki, bunu AKP sözçüsü Ömər Çelik deyib.

“Bəzi qrupların hədəfi bu fitnə atəşi üçün odun daşımaqdır. Bir çox dostumuz bu mübarizəni dəstəkləyir. Kimsə çıxıb yalan danışır, hətta başqan olsa belə”, – Çelik bildirib.

Qeyd edək ki, Türkiyədə baş verən yanğınlarla bağlı müxalifət təmsilçilərinin bəzi iddialar səsləndirilməsi rəsmilərin kəskin etirazına səbəb olub.