Parkın içində zibili kim yandırır? – Rəsmi

164

Bütün işçilərə sahədə yanğına yol verilməməsi ilə bağlı qəti tapşırıq verilib.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında Bakı şəhər İH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov deyib.

O bildirib ki, qurum yanğına qarşı tədbirlər həyata keçirir:

“Yığılan zibillər xüsusi poliqonlarda utilizasiya olunur. Yandırsaq belə, yanımızda su maşınları olur, stasionar su sahəsi olan yerdə hissə-hissə nəzarət edərək yandırırıq. Videodakı şəxsin kim olduğu araşdırılacaq, yanan sahə torpaqla basdırılacaq”.

Qeyd edək ki, vəkil Səbuhi Axundov Nərimanov rayon Məhkəməsinin arxasında şam ağacları olan sahədə təhlükəsizlik qaydalarına riayət olunmadan zibilliyin yandırıldığı barədə video yayıb. O qeyd edib ki, zibilliyin ağaclıqda yandırılmasına görə FHN-ə müraciət edib və yanğınsöndürənlər odu söndürüblər.