Yanğınlar qorxutmur, ruslar yenə Türkiyəyə gedir

253

Türkiyə və Yunanıstanda davam edən yanğınlar turistlər üçün təhlükə yaratmır. Avqust ayı üçün Rusiyada turların 70%-i Türkiyəyə satılıb.

Sosialmedia.az xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” qəzeti məlumat yayıb.

Qiymətləndirməyə görə, Türkiyə və Yunanıstan, yanğınlara baxmayaraq, yenə də turistlərin ilk seçim etdikləri ölkələrdir. Burada qida və içkilər də daxil olmaqla, bir nəfərlik tətil üçün 20-25 min rubl (2,3-2,8 min lirə) təşkil edir.