Kəlbəcərdə iki hərbçimiz həlak oldu – Təcili

281

Avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Sosialmedia.bildirir ki, Müdafiə nazirliyindən Axar.az-a verilən məlumata görə, hadisə nəticəsində hərbi qulluqçular – leytenant Eldar Müşfiq oğlu Həsənli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Anar Müstəqim oğlu Cəfərov həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.