Türkiyədə sel fəlakəti: 40 ölü

318

Türkiyədə sel fəlakətində ölənlərin sayı 40-a çatıb.

Sosialmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, Kastamonuda 34, Sinopda 6 nəfər həyatını itirib. 9 nəfərin xəstəxanada müalicəsi davam edir. Bartında isə itkin düşən bir nəfərin axtarışı davam etdirilir.

Qeyd edək ki, avqustun 11-də Türkiyənin Sinop, Bartın, Kastamonu şəhərlərində güclü yağış başlamışdı.