Ötən ay sosial müavinət alanların sayı AÇIQLANDI

438

Ölkə üzrə iyul ayında yaşa görə aylıq sosial müavinət alanların sayı məlum olub.

Sosialmedia.az bildirir ki, Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

2021-ci ilin iyul ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 110 min nəfərə yaxın olub.

Onların 12,9 %-ni kişilər, 87,1 %-ni isə qadınlar təşkil edib.