“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İB “Kitab bizdən, oxumaq sizdən” kampaniyasına qoşulub

364

Sosialmedia.az bildirir ki, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” ictimai birliyi “Kitab bizdən, oxumaq sizdən” kampaniyasına qoşulub. Təşkilatın sədri Sabina Kerimova 30 kitabı təşkilatçılara təqdim edib.

Qeyd edək ki, məhkumların bilik və dünyagörüşlərinin artırılması, asudə vaxtlarını daha səmərəli keçirmələri üçün “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi Ədliyyə Nazirliyi ilə birgə 2021-ci il “Nizami Gəncəvi İli” çərçivəsində “Kitab bizdən, oxumaq sizdən” devizi altında vətəndaş təşəbbüsü kampaniyasını keçirir.

Kampaniyanın məqsədi penitensiar müəssisələrin kitabxana fondlarının müxtəlif bədii, publisistik və digər elmi kitablarla zənginləşdirilməsi, azadlıqdan məhrum edilmiş şəxslərin mütaliə marağının artırılmasıdır.

Kampaniyaya qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, habelə nəşriyyatlar, kitab mağazaları, şair, yazıçılar və digər vətəndaşlar qoşularaq oxuduqları kitabları cəzaçəkmə müəssisələrinin kitabxanalarına hədiyyə edə bilərlər.

Bununla əlaqədar kitabları “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin ofisinə (Ünvan: Bakı ş, Mətbuat pr.529-cu məhəllə. Azərbaycan nəşriyyatı, 3-cü mərtəbə, 120-ci otaq), həmçinin +994 55 3251 838 nömrəli telefonlarla əlaqə saxlamaqla təqdim etmək olar.

Kitabları gətirən şəxslərlə “Kitab bizdən, oxumaq sizdən” şüarı ilə hazırlanan xüsusi baner önündə fotolar çəkilərək sosial mediada paylaşımlar ediləcəkdir.